Ev Kirayəsi – Qayda və Məsuliyyət Sənədi

Evə giriş saatı: 14:00Evdən çıxış saatı: 12:00

Bu sənəd ev sahibi ilə kirayəçi arasında qarşılıqlı anlaşmanı təmin etmək və hər iki tərəfin hüquq və öhdəliklərini müəyyənləşdirmək məqsədi daşıyır.

1. Ümumi məlumat

  • Bu ev müvəqqəti yaşayış üçün kirayəyə verilir.
  • Kirayəçi (və onunla birgə gələn bütün şəxslər) bu sənəddə göstərilən bütün qayda və şərtlərlə tam razılaşır.
  • Bu sənəd imzalandığı andan qüvvəyə minir və kirayə müddəti ərzində etibarlıdır.

2. Evə daxil olarkən

  • Kirayəçi evə daxil olduqda bütün otaqları, əşyaları, avadanlıqları və texniki qurğuları diqqətlə yoxlamalıdır.
  • Mövcud vəziyyətlə bağlı hər hansı bir problem (zədə, nasazlıq, çatışmayan əşya və s.) dərhal ev sahibinə bildirilməlidir.
  • Kirayəçi evin vəziyyətini tam yoxladıqdan və hər şeyin qaydasında olduğunu təsdiqlədikdən sonra bu sənədə imza atır.
  • İmza atdıqdan sonra evdə yarana biləcək hər hansı zədə, itki, nasazlıq və ya problemə görə tam məsuliyyət kirayəçiyə (və onunla birgə olan şəxslərə) aiddir.

3. Kirayəçinin öhdəlikləri

  • Ev və bütün əşyalar təmiz, səliqəli və ehtiyatlı şəkildə istifadə olunmalıdır.
  • Bütün mebel, məişət texnikası, elektronika, mətbəx avadanlıqları, dekorativ əşyalar kirayəçinin məsuliyyətindədir.
  • Elektronika və texniki avadanlıqlarda (TV, kondisioner, paltaryuyan, qabyuyan, soba, soyuducu, Wi-Fi və s.) yaranacaq hər hansı nasazlıq, zədə və ya itkiyə görə tam məsuliyyət kirayəçiyə aiddir.
  • Kirayəçi evdə və həyətdə olan bütün əşyaların qorunmasına və düzgün istifadə edilməsinə zəmanət verir.
  • Uşaqların təhlükəsizliyinə tam nəzarət kirayəçinin üzərinə düşür.
  • Uşaqlar heç vaxt nəzarətsiz buraxılmamalıdır (xüsusilə basseyn, pilləkən, soba, elektrik cihazlar və s.).
  • Ev heyvanı yalnız əvvəlcədən ev sahibinin icazəsi ilə mümkündür.

4. Siqaret qaydaları

  • EV DAXİLİNDƏ SİQARET ÇƏKMƏK QƏTİ QADAĞANDIR.
  • HƏYƏTDƏ VƏ QAZON ÜSTÜNƏ SİQARET ATMAQ QƏTİ QADAĞANDIR.
  • Siqaret çəkilməsi yalnız xüsusi nəzərdə tutulmuş yerdə (əgər varsa) mümkündür.
  • Qaydaya əməl edilmədiyi halda əlavə təmizlik və bərpa xərcləri kirayəçiyə aiddir.

5. Qadağalar

  • Evdə və həyətdə qanunsuz hər hansı fəaliyyət (silah, narkotik və s.) qadağandır.
  • Evin içərisində və ya ərazidə partlayıcı, tezalışan, təhlükəli maddələrdən istifadə qadağandır.
  • Evin və ya həyətdə sahənin dizaynına, tikiliyə, əşyalara icazəsiz dəyişiklik etmək qadağandır.
  • Musiqi, səs-küy və digər fəaliyyətlərlə qonşuların rahatlığını pozmaq qadağandır.
  • Həyətdə tonqal yandırmaq və digər açıq alovdan istifadə etmək qəti qadağandır.

6. Məsuliyyət

  • Kirayəçi və onunla birgə olan şəxslər tərəfindən dəymiş hər hansı maddi və ya mənəvi ziyana görə tam məsuliyyət kirayəçi daşıyır.
  • Əşya, avadanlıq, mebel, elektronika, texnika və ya tikilinin hər hansı hissəsinə vurulan ziyan kirayəçi tərəfindən tam şəkildə ödəniləcək.
  • Basseyn istifadə qaydalarına əməl edilməməsi nəticəsində baş verən hər hansı bədbəxt hadisəyə görə məsuliyyət kirayəçiyə aiddir.
  • Qəza, xəsarət, itkin düşmə və digər gözlənilməz hallara görə ev sahibi heç bir məsuliyyət daşımır.
  • Kirayəçi öz əmlakı (pul, zinət əşyası, elektronika və s.) üçün ev sahibindən heç bir təhlükəsizlik, qoruma və ya sığorta tələb edə bilməz.

7. Kirayə müddəti və çıxış qaydaları

  • Kirayəçi razılaşdırılmış tarixdə evə daxil olur və o tarixdə evi təhvil verir.
  • Evdə hər hansı zədə, əşya itkisi və ya qayda pozuntusu aşkar edilərsə, tələb olunan xərc kirayəçidən tutulacaq.
  • Gec çıxış yalnız ev sahibinin icazəsi ilə mümkündür.

8. Digər şərtlər

  • Wi-Fi, su, qaz, işıq və digər kommunal xidmətlərdən düzgün istifadə edilməlidir.
  • Enerji sərfiyyatına qənaət etmək kirayəçinin öhdəliyidir.

Mən, aşağıda imzası olan kirayəçi, bu sənəddə göstərilən bütün qaydalarla tanış olduğumu, tam razılaşdığımı və qaldığım müddət ərzində hər bir məsuliyyətin öz üzərimə aid olduğunu təsdiq edirəm.